Bu gün İspaniyanın Sitjes şəhərində qadınlar arasında keçirilən şahmat üzrə dünya çempionatı start götürəcək. Matc.az xəbər verir ki, Azərbaycan yığması bu gün iki görüş keçirəcək. Milli əvvəlcə Hindistan, daha sonra isə Ermənistanla üz-üzə gələcək.
 
Azərbaycan yığması Rusiya, Hindistan, İspaniya və Fransa ilə eyni qrupda yer alır. Ən yaxşı 4 komanda 1/4 finala yüksələcək.
 
Azərbaycan millisinin heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, ülviyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest