Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti görüşünə çıxıb. Paytaxt təmsilçisi 3-cü sınaq oyununu keçirib. Baş məşqçi Aftandil Hacıyev yetirmələrini "Desna" ilə qarşılaşmada sınayıb. Ukraynalılarla oyunda 3 qol qeydə alınıb.

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti görüşünə çıxıb. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi 3-cü sınaq oyununu keçirib.

Baş məşqçi Aftandil Hacıyev yetirmələrini "Desna" ilə qarşılaşmada sınayıb. Ukraynalılarla oyunda 3 qol qeydə alınıb. Rəqibin 1 topuna 2 qolla cavab verən Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Antalya toplanışı çərçivəsində buna qədər "Aqvital"a (Macarıstan) 3:2 hesabı ilə qalib gələn, "Sürix"lə (İsveçrə) 1:1 edən "Səbail" son yoxlama görüşünü yanvarın 24-də Qazaxıstan "Kaysar"ına qarşı keçirəcək.

 

Yoxlama görüşü

21 yanvar

"Səbail" (Azərbaycan) - "Desna" (Ukrayna) - 2:1

Qollar: Orxan Qurbanlı, 39, Kevin Kubemba, 70

Side. "Arslan Zeki Demirci"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest