Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" (Tula) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Ural"la qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Bu, sonuncu pillədə qərarlaşmış "Ural"ın cari mövsümdəki ilk qələbəsidir.
 
Zədəli olan Quliyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Arsenal" geridə qalan 9 turda 8 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest