Futbol üzrə Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub. 
 
Dörd qolun qeydə alındığı "Kasımpaşa" – "Konyaspor" matçında heç-heçə qeydə alınıb.
 
Turun son matçında "Trabzonspor" doğma meydanda "Alanyaspor"u qəbul edib. Bu görüşdə də qalib müəyyənləşməyib. Halbuki, Trabzon təmsilçisi qalib gəlməklə vahid liderliyi ələ keçirə bilərdi.
 
Türkiyə Super Liqası
7-ci tur
24 sentyabr
 
Altay – Beşiktaş 2:1
Qol: Kappel, 57. Bamba, 88 – G.Yalçın, 47.
 
25 sentyabr
 
Sivasspor – Fatih Karagümrük 4:0
Qol: Kayode, 1. Qutas, 50. Feliks, 56. Qradel, 71.
 
Antalyaspor – Yeni Malatyaspor 1:0
Qol: G.Vural, 89.
 
Adana Dəmirspor – Qaziantep 4:0
Qol: Y.Akgün, 12. Koker, 65-öz qapısına. Balotelli, 78. Assombalonqa, 85-pen.
 
26 sentyabr
 
Girəsunspor – Kayserispor 1:1
Qol: Diabate, 21 – Attamah, 17.
 
Başakşəhər – Rizəspor 3:0
Qol: Okaka, 25; 55; 75.
 
Hatayspor – Fənərbaxça 1:2
Qol: S.Luis, 70 – Rossi, 17. Novak, 29.
 
Qalatasaray – Göztəpə 2:1
Qol: H.Dərvişoğlu, 49. Morutan, 56 – Ndiaye, 43.
 
27 sentyabr
 
Kasımpaşa – Konyaspor 2:2
Qol: Travnik, 29. U.Bozok, 63-pen – Koka, 18. S.Gürler, 21.
 
Trabzonspor – Alanyaspor 1:1
Qol: Kornelius, 42 – Dyedyu, 36.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest