UEFA İspaniyanın "Barselona" və "Real", eləcə də İtaliyanın "Yuventus" klublarına qarşı Avropa Super Liqasının təşkili ilə əlaqədar apardığı araşdırmaları dayandırıb. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Super Liqa layihəsi səbəbindən qanunvericilik bazasının mümkün pozuntusu qüvvədən düşmüş sayılıb. Nəticədə işin icraatı sanki ümumiyyətlə açılmayıbmış kimi, nəticə vermədən ləğv edilib.
 
Qeyd edək ki, "Real", "Barselona" və "Yuventusla yanaşı, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da turnirdə iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest