O, sözügedən görüş üçün 6.53 xalla legionerlər arasında ən yaxşı oyunçu seçilib. Qeyd edək ki, Mahir Emreli 2:3 hesabı ilə uduzduqları görüşdə mükəmməl qol vurub.

"Legiya" azarkeşləri bu komandada çıxış edən legionerlərin Polşa çempionatının 9-cu turunda "Rakuv"la matçdakı oyununu qiymətləndiriblər.
 
Matc.az xəbər verir ki, legia.net-də keçirilən səsvermədə ən  yüksək xalı millimizin üzvü Mahir Emreli toplayıb.
 
O, sözügedən görüş üçün 6.53 xalla legionerlər arasında ən yaxşı oyunçu seçilib. 
 
Qeyd edək ki, Mahir Emreli 2:3 hesabı ilə uduzduqları görüşdə mükəmməl qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest