Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino çempionlar Liqasının qrup mərhələsində İngiltərə "Mançester Siti"sinə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis, həmyerlisi Lionel Messinin bu oyunda iştirak edib-etməyəcəyiylə bağlı bunları deyib:
 
"Dünyanın ən yaxşı oyunçusu haqda danışırıq. Başa düşməliyik ki, o, komandaya yeni gəlib və uyğunlaşmalıdır. O, ailəmizin bir üzvüdür. Messiyə özünü rahat hiss etməsi üçün vaxt vermək lazımdır. Hər şey onun üçün yenidir.
 
Messi "Mançester Siti" ilə oyunda olacaq? Bunu heyəti açıqlayanda biləcəksiz".
 
Bu gün keçiriləcək PSJ – "Mançester Siti" matçına saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest