"Qarabağ"ın qapıçısı Hannes Halldorsson karyerasını ölkəsində davam etdirəcək. Matç.az xəbər verir ki, bu iddia ilə İslandiyanın mbl.is saytı çıxış edib.

Bildirilir ki, İslandiya millisinin kapitanı son ölkə çempionu "Valur"la anlaşıb. Həmkarlarımız başqa təkliflərə baxmayaraq, "Valur"un şərtlərinin Halldorssonun ürəyincə olduğunu və ilkin razılığın əldə edildiyini vurğulayıblar. Buna səbəb kimi, qolkiperin "Qarabağ"da müntəzəm çıxış etməməsi göstərilib.

Lakin veteran qapıçının meneceri Olafur Qardarsson məlumatı təsdiqləməyib. Ancaq agent Hannesin "Qarabağ"dan ayrılacağını istisna etməyib: "önümüzdəki günlərdə və ya aylarda Hannesin durumunda dəyişiklik ola bilər. İsveç, Norveç və digər ölkələrdən təkliflər var. Həmçinin İslandiyadan "KR Reykyavik" və "Valur" da onun xidmətində maraqlıdı. Lakin heç bir klubla anlaşmamışıq. çünki Hannesin "Qarabağ"la müqavilə müddəti də davam edir".

Qeyd edək ki, Hannes Halldorsson gələn ilin yayına qədər "Qarabağ"a məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest