İngiltərənin "çelsi" komandasının yarımmüdafiəçisi Nqolo Kante UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İtaliyada "Yuventus"a qarşı keçirəcəkləri səfər oyununu buraxacaq. Matc.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi xəstəlik səbəbindən London təmsilçisinə kömək edə bilməyəcək.
 
Fransalı oyunçu İngiltərə Premyer Liqasının 7-ci turunda "Sauthempton"la matçda da meydana çıxmayacaq.
 
Qeyd edək ki, sentyabrın 29-da baş tutacaq "Yuventus" - "çelsi" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest