"Soşo"nun yarımmüdafiəçisi Lüsyen Aquma karyerasını İspaniyada davam etdirəcək. Matç.az-ın sport.es saytına istinadən məlumatına görə, 16 yaşlı futbolçu "Barselona"ya keçib.

Bir ildi orta sahə oyunçusunu izləyən kataloniyalılar, onu akademiyaya cəlb etmək qərarına gəlib. Klublar arasında danışıqlar müsbət nəticələnib və yalnız rəsmi müqaviləyə qol çəkmək qalıb.

Qeyd edək ki, Aquma "Soşo"nun heyətində əsas komandada çıxış edən ən gənc oyunçu kimi tarixə düşüb. O, Fransanın U-16 yığmasında ötən ilin mayında Almaniya ilə matçda debüt edib və 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest