"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, bu turnirin çempionlar yolunda qüvvəsini sınayan "qırmızı-qaralar" 1-ci mərhələnin ilk matçında Niderland təmsilçisi "Alkmaar"la görüşüb.

AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan Famil Xəlilovun yetirmələri ilk matçı evdə keçirib. Qəbələ şəhər stadionunda baş tutan oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "çikzereda" (Rumıniya) – "Anje" (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

çempionlar yolu
1-ci mərhələ, ilk oyun
29 sentyabr

"Qəbələ" – "Alkmaar" 0:4
Qol: N.Koster, 15; 59. L.Şuten, 54. R.Z.Daal, 78.
Baş hakim: Viktor Kopiyevski.
Baş hakimin köməkçiləri: Vitali Skoblia, Volodimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan).
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Həsən Həsənli, 2. Süleyman Damadayev 3. İbrahim Ramazanov. 5. Xəyal Səmədov, 15. Hüseyn Mürsəlov (k), 7. Emil Səfərov, Rauf Rüstəmli, 10. Gülağa Əsədov, 9. Aqil Nəsibov, 16. Emil Süleymanov, 18. Mehrac Baxşalı.
Ehtiyat oyunçular: 12. Kamil Nəzərli, 4. Nuqay Rəşidov, 6. ülvü Mədətov, 11. Taleh Qarayev, 13. Sənan Ağalarov, çiçin Namçi Akande, 17. Fərid Kələntərov.
Baş məşqçi: Famil Xəlilov.

Alkmaar: 1. Sem Vesterveld, 32. Mişa Engel, 5. Dekker, 3. Vouter Qus, 12. Yurre van Aken, 25. Levis Şuten, 8. Nik Tvisk, 11. Miron van Brederode, 10. Fedde de Yonq (k.), 18. Ro-Zanqelo Daal, 17. Nik Koster.
Ehtiyat oyunçular: 22. Rome-Yuyden Ovusu-Oduro, 2. Sem Dekkers, 14. Dave Kvakman, 19. Tom Kerssens, 20. Enox Mastoras, 21. Finn Stam, 23. Luk Postma.
Baş məşqçi: Yan Sierksma.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest