Avropa Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda Nikosiyada "Omoniya"nın qonağı olacaq "Qarabağ" növbəti itki ilə üzləşib. Matc.az xəbər verir ki, İsmayıl İbrahimli dünən məşqdə əzələsini dartıb.
 
Bu üzdən də 23 yaşlı yarımmüdafiəçi 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Zədələrini sağaldaraq məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də sabahkı görüşdə iştirakı gözlənilmir. Xayme Romero isə yenicə əməliyyat olunduğu üçün 6 ay meydana çıxmayacaq.
 
Sabah Nikosiyadakı GSP stadionunda baş tutacaq "Omoniya" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest