Moldovanın "Şerif" komandası çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Real"ı məğlub edib – 2:1. Matc.az xəbər verir ki, Tiraspol təmsilçisi turnir tarixində "Real"ı Madriddəki ilk oyununda məğlub etməyi bacaran 4-cü komanda olub. Bu barədə "OptaJose" portalı məlumat yayıb.
 
"Şerif"dən əvvəl 1962-ci ildə "Yuventus" (İtaliya), 2006-cı ildə "Arsenal" (İngiltərə) və 2009-cu ildə "Liverpul" (İngiltərə) bunu bacarmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest