"Qarabağ"ın müdafiəçisi Kevin Medina Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

"Qarabağ"ın müdafiəçisi Kevin Medina Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Ağdam klubunun legioneri bu gün Kiprdə baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Ağır oyun olacaq. Uzun yol qət etmişik. Hədəfimiz yaxşı oyun göstərməkdir. Komandamızın sabah ən yaxşı oyunlarından birini göstərəcəyinə inanıram. ümid edirəm ki, hər şey bizim üçün uğurlu alınacaq.
 
öz oyunumda yüksəliş olduğunu hiss edirəm. Bəlkə də bunun səbəbi adaptasiyadır. ötən mövsümdəki səhvləri kənara qoysaq, daha pozitiv amilləri götürdüm. Artıq özümü daha güvənli və yaxşı hiss edirəm".
 
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda baş tutacaq "Omoniya" – "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest