Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan yığması qrupda 4-cü yeri tutaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komandamızın növbəti mərhələdəki rəqibi isə B qrupunu lider kimi başa vuran Gürcüstan şahmatçıları olacaq.

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyada keçirilən dünya çempionatında növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı sonuncu - 5-ci qarşılaşmasında İspaniyanı sınağa çəkib.
 
Sonuncu turda Zeynəb istirahət edib. Oyun Azərbaycan şahmatçılarının qələbəsi ilə yekunlaşıb. Günay rəqibi ilə heç-heçə edibsə, Gülnar, ülviyyə və Türkan qələbə qazanıb.
 
Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan yığması qrupda 4-cü yeri tutaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komandamızın növbəti mərhələdəki rəqibi isə B qrupunu lider kimi başa vuran Gürcüstan şahmatçıları olacaq.
 
Dünya çempionatı
5-ci tur
29 sentyabr
 
Azərbaycan - İspaniya - 3,5:0,5
 
Günay Məmmədzadə - Anna Matnadze - 0,5:0,5
Gülnar Məmmədova - Sabrina Veqa Qutiyeres - 1:0
ülviyyə Fətəliyeva - Mariya Floris - 1:0
Türkan Məmmədyarova - Marta Qarsiya - 1:0
 
Xal durumu: Rusiya - 10, Hindistan - 7, Ermənistan - 5, Azərbaycan - 4, Fransa - 2, İspaniya - 2.
 
Dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest