Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Xararovskluların yeganə qolunu da azərbaycanlı hücumçu vurub.

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası "SKA-Xabarovsk" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Volqar-Astraxan" ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Xararovskluların yeganə qolunu da azərbaycanlı hücumçu vurub. 22 yaşlı futbolçu 69-cu dəqiqədə rəqib qapısına yol tapıb. Bu, Əliyevin "SKA-Xabarovsk"dakı ilk qoludur. O, qol vurduqdan cəmi bir dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.
 
Xabarovsk təmsilçisi Kamranı "Ximki"dən bu mövsümün sonuna kimi icarəyə götürüb.
 
"SKA-Xabarovsk" 14 turdan sonra 27 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest