"Qarabağ" bu gün növbəti avrokubok matçına çıxıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Konfrans Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində "Omoniya" ilə qarşılaşıb.

Kipr təmsilçisi ilə oyun səfərdə – Nikosiyadakı SGP stadionunda baş tutub. İlk turda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri ilk səfərdən də xalla dönüb. Ağdam təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.

Qrupun digər oyununda "Bazel" və "Kayrat" komandaları üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda isə İsveçrə təmsilçisi qələbə qazanıb – 4:2.

İki turdan sonra "Qarabağ"la "Bazel" 4 xalla ilk iki pilləni bölüşür. "Kayrat"la "Omoniya"nın isə 1 xalı var.

Avropa Konfrans Liqası
H qrupu
30 sentyabr

"Omoniya" – "Qarabağ" 1:4
Qol: Y.Letsyaks, 40 – K.Malinovski, 52; 90+4. R.Şeydayev, 73. M.Medvedev, 79-pen.
Baş hakim: Bobbi Madden (Şotlandiya).
Nikosiya. GSP stadionu.

Omoniya: 40. Fabiano, 2. Paris Psaltis, 13. Fotis Papulis, 15. Tomaş Huboçan, 16. Jordi Qomes (k), 17. Yan Letsyaks, 19. Fuad Bəşiru, 20. Panayotis Zaxariu, 21. Marinos Tsioni, 22. Adam Lanq, 80. Andronikos Kakullis.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kasper çorazka, 4. Abdullahi Şehu, 5. Kiko, 6. Ektor Yuste, 8. İyayi Atyemven, 11. Erik Botok, 18. Mixal Duriş, 30. Nikolaos Panayotu, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 76. Xaralambos Xaralambus.
Baş məşqçi: Henninq Berq.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest