Kiprin "Omoniya" klubunun sabiq futbolçusu Andreas Giatru "Qarabağ"a qarşı keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsi matçıyla bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, Kipr mətbuatına danışan Andreas, "Qarabağ"a qarşı həlledici qarşılaşmalardan birinə çıxacaqlarını bildirib:
 
"Qələbədən başqa, hansısa nəticə müsbət deyil. "Omoniya" evində oynayacaq və həm "Qarabağ"a, həm də "Kayrat"a qalib gəlməlidir. Əks halda, uğursuzluq olacaq.
 
"Omoniya" ən vacib oyunlarından birinə çıxacaq. Ən azı qrup ikincisi olmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik. Qələbə qazansaq, daha böyük hədəflərdən danışa bilərik".
 
Bu gün Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest