"Gələcəklə bağlı konkret heç nə deyə bilmərəm. Çünki hələ ki, yaxşı, diqqətimi çəkən təklif almamışam. Qərbi Avropa klublarının birində gücümü sınamaq istərdim. Ancaq başa düşmək lazımdı ki, Bolqarıstan və ya Qazaxıstan pasportu ilə, ümumiyyətlə, Şərqi Avropadan olan bir mütəxəssis üçün orda çalışmaq çox çətindi".

Qazaxıstan millisinin sabiq baş məşqçisi Stanimir Stoilov bu ölkənin mətbuatına müsahibə verib. Matç.az saytı xəbər verir ki, adı Azərbaycan yığması ilə birgə hallanan 52 yaşlı mütəxəssis Qazaxıstan klublarından heç birinin "sükanı arxası"na keçməyəcəyini söyləyib.

O, nə "Ordabası", nə də sabiq klubu "Astana"da çalışmaq perspektivinin olduğunu vurğulayıb: "Ordabası"da çalışmaq ehtimalını heç düşünmürəm. Bu klubda işləmək istəmirəm. O ki qaldı "Astana"ya, bu klub mənim ikinci evimdi. Ancaq indi ora qayıtmaq məsələsi heç gündəmdə deyil".

Stoilov hələ heç bir komanda ilə anlaşmadığını da əlavə edib. O, Avropada güclü klublardan birində işləmək istəyini gizlətməyib: "Gələcəklə bağlı konkret heç nə deyə bilmərəm. çünki hələ ki, yaxşı, diqqətimi çəkən təklif almamışam. Qərbi Avropa klublarının birində gücümü sınamaq istərdim. Ancaq başa düşmək lazımdı ki, Bolqarıstan və ya Qazaxıstan pasportu ilə, ümumiyyətlə, Şərqi Avropadan olan bir mütəxəssis üçün orda çalışmaq çox çətindi. Biz bir çox məsələdə, o cümlədən düşünmə tərzində Qərbi Avropa məşqçilərindən geri qalırıq. Amma belə bir təklifim olsa, əlbəttə ki, imtina etmərəm".

Qeyd edək ki, Stanimir Stoilov iki dəfə Bolqarıstan yığmasına rəhbərlik edib. O, ötən həftə Qazaxıstan millindən ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest