Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Kəpəz" – "Qarabağ-2" oyununda təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyinə görə meydan sahibi klub 160 manat cərimə olunub. "Kəpəz"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Neftçi-2" – "Qaradağ Lökbatan" matçının 53-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Asim Əlizadə "kobud oyuna" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
 
"Turan Tovuz" – "Sabah-2" oyununda "Turan Tovuz"un 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Sabah"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Zirə-2" – MOİK matçının 81-ci dəqiqəsində "Zirə"nin futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub. Oyundan öncə MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest