Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyuna istədiyimiz kimi başladıq. İlk hissədəki mübarizədən razıyam. İkinci yarıda 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi. Rəqibin səviyyəsini, necə keyfiyyətli komanda olduğunu gördük. Hazırda qrupun dördüncü komandasıyıq, vəziyyət daha çətindir. Komandanın inkişafı üçün çalışırıq. "Qarabağ" və "Bazel" uzun illərdir ki, avrokuboklarda çıxış edir. Biz də yaxşı işlər görmüşük, amma yetərli deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest