UEFA Konfrans Liqasının qrup mərhələsinin lI turundan sonra statistik göstəricilər açıqlanıb. Matc.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub edən "Qarabağ" bir neçə nominasiyada ön pillələrdə qərarlaşıb.
 
Ağdam təmsilçisi topa ən çox nəzarət edən komandalardan biridir. "Köhlən atlar" 60,5 faizlə İngiltərə "Tottenhem"i ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.
 
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv dəqiq ötürmələrdə isə 83,5 faizlə 6-cı sıradadır. "Qarabağ" iki görüş ərzində rəqib qapılarında 35 dəfə qol epizodu yaradıb və bu göstəricələrdə isə 3-cüdür.
 
Qeyd edək ki, "Qarabağ" ilk turda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edib. Komanda III turda Qazaxıstanın "Kayrat" klubunu qəbul edəcək. report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest