UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub. Matc.az xəbər verir ki, Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub edən "Qarabağ"ın oyunçusu Kadri Borgesin də dəqiq zərbəsi namizədlər siyahısında göstərilib.
 
25 yaşlı yarımmüdafiəçinin rəqib qapısından keçirdiyi birinci qol fərqləndirilib.
 
Matçda dubla imza atan braziliyalı oyunçu 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. Onun bu nominasiyada rəqibləri Aleksandr Qlişiç ("Alaşkert", Ermənistan), Maksimilian Vittek ("Vitess", Niderland) və Ziqa Kousdur ("Mura", Sloveniya).
 
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest