Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
"Zirə" öz meydanında "Sumqayıt"ı qəbul edib. 
 
Komandalar bu oyunadək Premyer Liqada 23 dəfə üz-üzə gəlmişdilər. Onlardan 10-da meydan sahibləri, 6-da isə qonaqlar meydanı 3 xalla tərk etmişdi. Topların fərqində də "Zirə" üstün idi - 29:21.
 
Elə bu oyun da "Zirə"nin qələbəsiylə yekunlaşıb. Rəşad Sadıqovun yetirmələri 3 xalı tək qolla qazanıblar.
 
Azərbaycan Premyer Liqası, VI tur
1 oktyabr (cümə)
 
"Zirə" – "Sumqayıt" 1:0
Qol: L.Broqno, 14.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu
 
Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios çantakias, 88. Georgi Stoilov, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.
 
Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 23. Səid Rza, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 37. Nicat Əliyev, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.
 
Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"ı, "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura oktyabrın 3-dəki "Qarabağ" – "Qəbələ" matçı ilə yekun vurulacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest