17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçikada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 1-dən 4-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək.
 
Bakı toplanışından sonra Belçikaya gedəcək yekun heyət müəyyənləşəcək.
 
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
 
1. Xəyal Fərzullayev - Sumqayıt
2. Məmməd Muradov - Qəbələ
3. Həmzəalı Mikayılov - Sabah
4. Samir Ağayev - Qəbələ
5. Ravil Qafarov - Qəbələ
6. Musa Məmmədov - Qarabağ
7. Murad Musayev - Qəbələ
8. Rüfət Abbasov - Neftçi
9. Rüfət Bədəlzadə - Qəbələ
10. Nihad Əliyev - Qarabağ
11. Fəxri Məmmədli - Sabah
12. Maksud Dursunov - Dinamo (Sankt-Peterburq, Rusiya)
13. Eşqin Əhmədov - Qəbələ
14. Murad Ələkbərov - Zirə
15. Adəm Topalov - Səbail
16. Murad Məmmədov - Neftçi
17. İbrahim Ağayarov - Qarabağ
18. Şahin Şahniyarov - Qəbələ
19. Nahid Əliyev - Moskovskaya Zastava (Sankt-Peterburq, Rusiya)
20. Tuncay Cəfərli - Sabah
21. Sənan Ağalarov - Qəbələ
22. Sadiq Şəfiyev - Turan Tovuz
 
6 oktyabr. Saat 13:00
Norveç – Azərbaycan
 
9 oktyabr. Saat 20:00
Belçika – Azərbaycan
 
12 oktyabr. Saat 18:00
Lüksemburq – Azərbaycan
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest