Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele müalicə olunduğu San-Paulu xəstəxanasından evə buraxılıb. Matc.az xəbər verir ki, "futbol kralı" kimya-terapiya kursu keçməlidir.
 
Məlumata görə, həkimlər sabiq futbolçunun vəziyyətini sabit qiymətləndirir.
 
Qeyd edək ki, Pele avqustun 30-da San-Pauludakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest