Dç-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Bakıda İrlandiya, oktyabrın 12-də isə Belqradda Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Canni De Byazi milliyə 26 futbolçu dəvət edib.
 
İtalyan mütəxəssis uzun müddətdən sonra üç futbolçunu yığmaya qaytarıb. Bunlar Kiprin "Etnikos" klubunda çıxış edən Araz Abdullayev, Portuqaliya "Tondela"sından Renat Dadaşov və "Sabah"dan Bəxtiyar Həsənalızadədir.
 
Həsənalızadə son olaraq 2018, Abdullayev və Dadaşov isə 2020-ci ildə yığmanın formasını geyinib.
 
1. Aydın Bayramov - Sumqayıt
2. Emil Balayev - Qarabağ
3. Şahrudin Məhəmmədəliyev - Qarabağ
4. Maksim Medvedev - Qarabağ
5. Bəhlul Mustafazadə - Qarabağ
6. Azər Salahlı - Keşlə
7. Mert çelik - Neftçi
8. Höccət Haqqverdi - Sumqayıt
9. Bəxtiyar Həsənalızadə - Sabah
10. Tellur Mütəllimov - Sumqayıt
11. Abbas Hüseynov - Qarabağ
12. Anton Krivotsyuk - Visla Plotsk (Polşa)
13. Toral Bayramov - Qarabağ
14. Rövlan Muradov - Qəbələ
15. Qara Qarayev - Qarabağ
16. Anatoli Nuriyev - Kolos Kovalivka (Ukrayna)
17. Filip Ozobiç - Qarabağ
18. Vüqar Mustafayev - Sumqayıt
19. Emin Mahmudov - Neftçi
20. Rəhim Sadıxov - Sumqayıt
21. Murad Xaçayev - Sumqayıt
22. Namik Ələskərov - Bursaspor (Türkiyə)
23. Renat Dadaşov - Tondela (Portuqaliya)
24. Ramil Şeydayev - Qarabağ
25. Mahir Emreli - Legia Varşava (Polşa)
26. Araz Abdullayev - Etnikos (Kipr)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest