Qeyd edək ki, İTV-nin bu razılığı əldə etməsində telekanala ünvanlanan çoxsaylı müraciətlər, şirkətin sosial şəbəkə hesablarının mesaj qutularına yazılan yüzlərlə məktub və ümumiyyətlə, Premyer Liqa oyunlarına böyük ictimai maraq nəzərə alınıb.

Azərbaycan teleməkanında böyük tamaşaçı auditoriyasına malik, dünyanın ən baxımlı liqası sayılan İngiltərə Premyer Liqasının (EPL) 2021/2022 mövsümünün mərkəzi oyunlarınıın İctimai Televiziya (İTV) ilə yayımlanması barədə razılıq əldə olunub. Matc.az xəbər verir ki, bu barədə telekanaldan məlumat verilib.
 
Futbol həvəskarları hazırda EPL-in matçlarını ölkə ərazisində izləməklə bağlı problemlə üzləşdiklərindən, nüfuzlu idman tədbirlərinin yayımlanmasında zəngin təcrübəyə malik telekanal azarkeşlərə növbəti sürpriz edib. Anlaşmaya əsasən, hər turun 2 mərkəzi qarşılaşması canlı yayımda təqdim olunacaq: "Premyer Liqa ilə bağlı yayımın əldə olunmasında bizi tərəfdaş olaraq seçdiyinə görə "Saran Holdinq"ə təşəkkürümüzü bildirir, bu əməkdaşlığın hər iki qurum üçün uğurlu olacağına inanırıq".
 
Qeyd edək ki, İTV-nin bu razılığı əldə etməsində telekanala ünvanlanan çoxsaylı müraciətlər, şirkətin sosial şəbəkə hesablarının mesaj qutularına yazılan yüzlərlə məktub və ümumiyyətlə, Premyer Liqa oyunlarına böyük ictimai maraq nəzərə alınıb.
 
Beləliklə, 2 oktyabr saat 15:30-da başlayacaq "Mançester Yunayted" – "Everton" oyunu ilə İngiltərə Premyer Liqası Azərbaycan teleməkanına qayıdır. 3 oktyabr saat 19:30-da isə "Liverpul" - "Mançester Siti" oyunu ekranlara gətiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest