Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində Fransanın "Olimpik" (Marsel) və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilmiş oyun qalmaqalsız ötüşməyib. Matc.az xəbər verir ki, bu qarşılaşma zamanı tribunada hər iki komandanın azarkeşləri tərəfindən iğtişaşlar törədilib.
 
Fanatlar müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar. Bu üzdən də 37-ci dəqiqədə oyun dayandırılıb.
 
Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib. Baş verən hadisələrə görə 5 nəfər saxlanılıb. Fransa mətbuatının yazdığına görə, İstanbul təmsilçisinin 3, meydan sahiblərinin isə 2 azarkeşi tutulub. Bundan başqa hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb.
 
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Oyundan sonra "Qalatasaray"ın baş məşqçisi Fatih Terim baş verənlərlə bağlı fikirlərini bölüşüb:
 
"Qarşı tərəfdə daim Ermənistan bayrağı açırsınızsa, tribunalarımızı təhrik edirsiniz. Amma rəqib fanatlar dayanmadan yunan bayrağı, erməni bayrağı açdılar, səs bombaları atdılar. Fanatlarımız bizi tək buraxmadılar. Bu, asan məsələ deyil. Haqlıdırlar. Böyük kütlənin içərisində ürəkləri ilə bizi yalqız qoymadılar. Qarşı tərəf səs bombaları atırdı. Onlar atdıqları üçün hər halda bizimkilər dayanmayacaqdı. Mən azarkeşlərimizdən sakit olmalarını istədim. Sağ olsunlar, xahişimə əməl etdilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest