"Neftçi" Peşəkar Futbol Klubu ilə beynəlxalq avtomobil kirayəsi şirkəti "AVIS"in Azərbaycanda təmsilçisi "Otokoç Azərbaycan" MMC arasında tərəfdaşlıq müqaviləsi davam etdiriləcək. Matc.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bir müddətdir "ağ-qaralar"a dəstək verən şirkət bundan sonra da klubun yanında olacaq.
 
Razılaşmaya əsasən, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi nəzərdə tutulub. Bundan əlavə, geridə qalan dönəmdə olduğu kimi, qarşı tərəf mülkiyyətində olan avtomobillərlə klubun nəqliyyat ehtiyaclarının qarşılanmasına dəstək verəcək. "Neftçi" isə bunun qarşılığında şirkətin "AVIS" markasının əmtəə nişanlarının klubun əsas komandasının oyun geyimlərində, ev oyunları və məşqlər zamanı, sosial media səhifələrində, "Neftçi TV"də reklam edilməsini təmin etmək və digər marketinq xidmətləri göstərməklə yanaşı, bu əməkdaşlığın daha çox kommunikasiya edilməsini təşkil edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest