Bu gün futzal üzrə Yüksək Liqada 2021/2022 mövsümünə start verilib. Matc.az xəbər verir ki, açılış turunun bütün oyunları eyni gündə və Bakı İdman Sarayında keçirilib.
 
İlk oyuna saat 12:00-da start verilib. Mövsümün açılış matçında "Neftçi" İK və EKOL komandaları qarşılaşıb. 11 qolluq qarşılaşma EKOL-un qələbəsiylə yekunlaşıb.
 
Altı qolun qeydə alındığı "Record club.az" - "Araz" duelində isə Naxçıvan təmsilçisi qələbə qazanan tərəf olub.
 
"Alyans" (Lənkəran) - "Baku Fire" matçı daha məhsuldar alınıb. 18 qolun vurulduğu görüşdə "Baku Fire" qələbə qazanan tərəf olub.
 
Turun son matçında Azərbaycanın U-19 millisi "Xilə" ilə qarşılaşıb. 10 qolun qeydə alındığı görüş yığma komandanın məğlubiyyəti ilə başa çatıb.
 
Yüksək Liqa
1-ci tur
1 oktyabr
 
Neftçi İK – EKOL 2:9
Qollar: Məhəmməd Bədəlbəyli, 32:26. Vahib Xocayev, 33:16 - Namiq Məmmədkərimov, 1:53; 22:20. Faiq Əliyev, 8:22; 13:58. Fərid Atakişiyev, 11:41; 24:34; 31:03. Tofiq Mikayılov, 27:09. Samir Həmzəyev, 32:09.
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov.
Hakim-inspektor: Murad Məmmədov.
 
Record club.az – Araz (Naxçıvan) 2:4
Qollar: Matin Qahremani, 6:19. Alireza Bohlouli, 30:05 - Ramiz çovdarov, 10:20; 35:40. Maneka, 28:16; 34:16.
Qırmızı vərəqə: Felipinyo, 39:39 (ikinci sarı vərəqə).
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hikmət Qafarlı.
Hakim-inspektor: Füzuli Nəcəfov.
 
Alyans – Baku Fire 8:10
Qollar: Rüstəm Bağırzadə, 8:32; 35:10; 39:48. Oktay Rüstəmli, 15:41; 38:07. Nurlan Fərəcli, 16:05; 27:50; 28:12 - Elşən İbrahimxəlilov, 9:12. Hüseyn Qarayev, 11:35. Renat Sultanov, 12:47. Amil Əlimirzəyev, 16:21. İbrahim Zeynalov, 23:50. Rasif Səfiyarov, 26:48; 31:21. Elvin Quliyev, 28:24; 37:08. Elgün Rzayev, 35:01.
Hakimlər: Ziya Nəsirov, Etibar Həsənov, Rza Məmmədov.
Hakim-inspektor: Ramiz Əsədov.
 
U-19 – Xilə 4:6
Qollar: Nurlan Məmmədov, 03:48; 33:31. Xəzər Ağalızadə, 08:05. Fuad Məmmədzadə, 38:43 - Tofiq Əliyev, 11:25; 24:41; 26:28. Fərid Səmədzadə, 26:50. Nahid Zülfüqarov, 32:02. Tural Lətifov, 34:36.
Qırmızı vərəqə: Asiman Yusubov, 10:01 (ikinci sarı vərəqə).
Hakimlər: Etibar Həsənov, Rza Məmmədov, Ziya Nəsirov.
Hakim-inspektor: Elçin Səmədli.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest