Futbol üzrə Moldova çempionatında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Petrokub"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:6. "Dinamo-Avto" bundan əvvəlki turda da "Şerif"ə 7 cavabsız qolla uduzmuşdu.
 
Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Keçirdiyi 13 oyunda 14 xal toplayan "Dinamo-Avto" 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest