"Sassuolo"nun hücumçusu Kevin-Prins Boatenq karyerasını İspaniyada davam etdirəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Qana millisinin üzvü "Barselona"ya keçib.

Klublar arasında danışıqlar artıq müsbət nəticələnib. Razılığa görə, 32 yaşlı oyunçu mövsümün sonuna qədər Kataloniya təmsilçisinin formasını geyinəcək. "Barsa" onu yayda 8 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq. Boatenq artıq "Sassuolo"dakı komanda yoldaşları ilə sağollaşıb.

Qeyd edək ki, Kevin-Prins Boatenq 2016-17 mövsümündə İspaniyada "Las-Palmas"ın şərəfini qoruyub. O, Almaniya, İngiltərə və İtaliya yüksək liqasında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest