Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.
 
"Konyaspor" – "Alanyaspor" matçında qalib müəyyənləşməyib. "Kayserispor" evdə "Trabzonspor"a, "Göztəpə" isə bu tura qədər qələbəsiz olan "Girəsunspor"a uduzub.
 
Son çempion "Beşiktaş" bu dəfə "Sivasspor"u qəbul edib. "Qara qartallar" doğma meydanda çətin qələbəyə seviniblər.
 
Türkiyə Super Liqası
8-ci tur
1 oktyabr
 
Fatih Karagümrük – Başakşəhər 3:1
Qol: Bertolaççi, 19; 30. Balkoveç, 37 – Aleksiç, 84.
 
Antalyaspor – Adana Dəmirspor 1:2
Qol: B.Balçı, 59 – Balotelli, 42. Varqas, 79.
 
2 oktyabr
 
Konyaspor – Alanyaspor 1:1
Qol: Avazim, 87-öz qapısına – F.Aksoy, 49.
 
Kayserispor – Trabzonspor 1:2
Qol: Bassan, 41 – Bakasetas, 12; 60-pen.
 
Göztəpə – Girəsunspor 0:1
Qol: Diabate, 71-pen.
 
Beşiktaş – Sivasspor 2:1
Qol: G.Yalçın, 32; 69 – R.Yılmaz, 54-öz qapısına.
 
3 oktyabr
 
14:30 Yeni Malatyaspor – Hatayspor
17:00 Qaziantep – Altay
17:00 Fənərbaxça – Kasımpaşa
20:00 Rizəspor – Qalatasaray

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest