Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Keşlə" klubunun üzvü Elçin Mustafayev zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə "Sabah"dan Abdulla Rzayev hazırlıq prosesinə dəvət olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest