Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Ural"la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ufa" 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest