Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası "SKA-Xabarovsk" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Lipetsk"lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Xabarovsk təmsilçisi Kamranı "Ximki"dən bu mövsümün sonuna kimi icarəyə götürüb. "SKA-Xabarovsk"da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq "Ural"ından icarəyə götürülmüş futbolçu bu görüşdə komandasının yeganə qolunun müəllifi olub. 39-cu dəqiqədə penaltidən fərqlənən Qarayev də ilk dəqiqələrdən sonadək meydanda olub.
 
"SKA-Xabarovsk" 15 turdan sonra 28 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest