Futbol üzrə Qazaxıstan çempionatında 23-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Akjayik"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb - 3:1.
 
"Kayrat" bu qələbədən sonra 44 xalla 14 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
 
"Qarabağ"la "Kayrat" qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest