Futbol üzrə Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Yeni Malatyaspor" evdə "Hatayspor"a uduzubsa, "Qaziantep" "Altay"ı darmadağınla yola salıb.
 
Lider "Fənərbaxça" bu turda doğma meydanda "Kasımpaşa"nı sınağa çəkib və qələbə qazanıb. "Qalatasaray" isə "Rizəspor"la səfər oyunundan çətin qələbəylə ayrılıb. 
 
Türkiyə Super Liqası
8-ci tur
1 oktyabr
 
Fatih Karagümrük – Başakşəhər 3:1
Qol: Bertolaççi, 19; 30. Balkoveç, 37 – Aleksiç, 84.
 
Antalyaspor – Adana Dəmirspor 1:2
Qol: B.Balçı, 59 – Balotelli, 42. Varqas, 79.
 
2 oktyabr
 
Konyaspor – Alanyaspor 1:1
Qol: Avazim, 87-öz qapısına – F.Aksoy, 49.
 
Kayserispor – Trabzonspor 1:2
Qol: Bassan, 41 – Bakasetas, 12; 60-pen.
 
Göztəpə – Girəsunspor 0:1
Qol: Diabate, 71-pen.
 
Beşiktaş – Sivasspor 2:1
Qol: G.Yalçın, 32; 69 – R.Yılmaz, 54-öz qapısına.
 
3 oktyabr
 
Yeni Malatyaspor – Hatayspor 0:2
Qol: El Kaabi, 35. M.Kamara, 70.
 
Qaziantep – Altay 4:1
Qol: Maksim, 52-pen; 61. Merkel, 57. Diko, 73 – E.çelenk, 63.
 
Fənərbaxça – Kasımpaşa 2:1
Qol: Berişa, 16. L.Qustavo, 45+4 – Travnik, 53.
 
Rizəspor – Qalatasaray 2:3
Qol: Pohyanpalo, 17; 25 – M.Məhəmməd, 5; 75. Morutan, 90+11.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest