Futbol üzrə Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Belenenseş"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
 
"Tondela" 8 turdan sonra 9 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest