Futbol üzrə Fransa çempionatında 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
"Loryan" – "Klermon" matçında qalib müəyyənləşməyib. "Anje" "Mets"i, "Monako" "Bordo"nu, "Nant" isə "Trua"nı məğlub yola salıb.
 
Lider PSJ bu turda "Renn" səfərinə yollanıb. Paris təmsilçisi iki cavabsız qolla uduzub. Bu, sözügedən komandanın cari mövsümdə həm ilk xal itkisi, həm də ilk məğlubiyyətidir.
 
Marsel "Olimpik"i də son çempion "Lill" ilə səfər oyununda iki cavabsız qola üzülüb.
 
Turun son matçında Lion "Olimpik"i səfərdə "Sent-Etyen"lə qarşılaşıb. Bu oyun isə heç-heçə bitib.
 
Fransa Liqa 1
9-cu tur
1 oktyabr
 
Lans – Reyms 2:0
Qol: Kalmuendo, 45+1; 52.
 
2 oktyabr
 
Monpelye – Strasburq 1:1
Qol: Molle, 12 – Qameyro, 28.
 
Nitsa – Brest 2:1
Qol: Todibo, 45. Bard, 61 – Honorat, 90+3.
 
3 oktyabr
 
Renn – PSJ 2:0
Qol: Labord, 45. Tait, 46.
 
Anje – Mets 3:2
Qol: ço, 53. Manqani, 65. Bahoken, 90+2 – Bronn, 10. Bulaya, 58.
 
Loryan – Klermon 1:1
Qol: Laport, 54 – Bayo, 15.
 
Monako – Bordo 3:0
Qol: Tçuameni, 35. Qolovin, 48. Ben Yedder, 64-pen.
 
Nant – Trua 2:0
Qol: Jirotto, 58. Blas, 69-pen.
 
Lill – Olimpik (Marsel) 2:0
Qol: David, 28; 90+4.
 
Sent-Etyen – Olimpik (Lion) 1:1
Qol: Xazri, 90+4-pen – Auar, 42.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest