İtaliyanın "Recina" klubunun keçmiş futbolçusu Daniel Leone vəfat edib. Matc.az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb. 28 yaşlı keçmiş qapıçı beyin xərçəngindən ölüb.
 
Leone "Katanzaro", "Latina", "Pontedera" və "Recina" klublarında çıxış edib. O, xəstəliyinə görə 2017-ci ildə futbolçu karyerasını bitirmişdi. Futbolçuda xəstəlik 2014-cü ildə aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest