İspaniyanın "Real" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Eduardo Kamavinqa sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi La Liqanın 8-ci turunun "Espanyol"la səfər oyununda (1:2) zədələnib. Kamavinqanın son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Kamavinqa ötən ay Fransanın "Renn" klubundan "Real"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest