Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov sonuncu - 9-cu turda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Qarşılaşmanın ilk partiyası heç-heçə başa çatıb. Sonrakı iki oyunda üstün olan 34 yaşlı qrossmeysterimiz finalda ardıcıl və ümumilikdə 6-cı qələbəsini qazanıb - 2.5:0.5. 
 
Şəhriyar Məmmədyarov isə ermənistanlı Levon Aronyanla qarşılaşıb. 36 yaşlı qrossmeysterimiz üç partiyanın yekununda rəqibinə məğlub olub – 0.5:2-5.
 
Beləliklə, xalını 27-yə çatdıran Rəcəbov final turnirini ikinci sırada başa vurub. Məmmədyarov 9.5 xalla son - 10-cu yeri tutub. Qalib 31.5 xalla Maqnus Karlsen olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest