İspaniyanın "Xetafe" komandasının baş məşqçisi Xose Migel Qonsales istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
İstefaya komandanın bu mövsümdəki uğursuz çıxışı səbəb olub. "Xetafe" La Liqanın geridə qalan 8 turunda cəmi 1 xal qazana bilib.
 
"Miçel" ləqəbli Xose Migel Qonsales bu ilin may ayında "Xetafe"yə baş məşqçi təyin olunmuşdu. 58 yaşlı mütəxəssis 2009-2011-ci illər aralığında da bu komandaya rəhbərlik edib.
 
İspaniya mətbuatının yazdığına görə, komandanı bundan sonra Kike Sançes Flores çalışdıracaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest