"Fənərbaxça"nın futbolçusu Fərdi Kadıoğlu milli komanda seçimini edib. Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Türkiyə yığması üçün oynayacaq.
 
Bu barədə "Sabah" nəşri məlumat yayıb. Xəbərdə, Fərdiyə Türkiyə millisindən dəvət gələcəyi halda, qəbul edəcəyi bildirilib.
 
Fərdi Türkiyə millisiylə yanaşı, dəvət olacağı halda, Niderland və Kanada millilərində də oynaya bilərdi.
 
Fərdi daha əvvəl Niderlandın U-21 millisində kapitanlıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest