17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının üç futbolçusunun koronavirus testi pozitiv nəticələnib.

Matc.az AFFA-ya istinadən xəbər verir ki, Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah"), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail") və İbrahim Ağayarov (yarımmüdafiəçi, "Qarabağ") seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.

U-17 millisi Aç-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest