Oktyabrın 18-də gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, həlledici raund ilk dəfə olaraq 16 komandanın iştirakı ilə keçiriləcək.
 
Zeystdə təşkil olunacaq püşkatma yerli vaxtla saat 18:00-da start götürəcək. Meydan sahibi Niderlanddan başqa, Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcək. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək 
 
Artıq komandalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Deməli, millimiz Xorvatiya, İtaliya və Serbiya-Belarus cütünün qalibi ilə bir qrupda yer almayacaq. Meydan sahibi Niderland isə püşk atılan zaman avtomatik olaraq A qrupunda 1-ci pillədə qərarlaşacaq.
 
1-ci səbət
İspaniya
Rusiya
Portuqaliya
Qazaxıstan
 
2-ci səbət
Xorvatiya
Azərbaycan
Serbiya/Belarus
İtaliya
 
3-cü səbət
Ukrayna
Sloveniya
Bosniya və Herseqovina
Polşa
 
4-cü səbət
Finlandiya
Slovakiya
Gürcüstan
Niderland
 
Qeyd edək ki, indiyə qədər İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Bosniya və Herseqovina, Gürcüstan, Finlandiya və Slovakiya isə həlledici mərhələdə debüt edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest