Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin 8-ci turunda Şəhriyar Məmmədyarova qalib gəldiyi görüş barədə fikirlərini bildirib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun final mərhələsinin 8-ci turunda Şəhriyar Məmmədyarova qalib gəldiyi görüş barədə fikirlərini bildirib. Matc.az xəbər verir ki, Rəcəbov, həmyerlisini məğlub etməkdən zövq almadığını deyib:
 
"Şəhriyarla görüşlərdə məğlubiyyət də təbiidir. çünki bu, zaman-zaman baş verir. Amma biz eyni ölkədənik, ümumiyyətlə, çox yaxın dostuq.
 
Biz öz aramızdakı qələbələri qeyd etmirik. Onunla dünya kuboku və bir çox turnirlərdə üz-üzə gəlmişik. Amma elə yarışlar var ki, orda mütləq qalib bilinməlidir. Şəhriyar dünyada qalib gəlməkdən zövq almadığım nadir rəqiblərdən biridir".
 
Teymur Rəcəbov çempionlar Turunun ilk mövsümünü 2-ci sırada bitirib, Şəhriyar Məmmədyarov isə 10-cu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest