UEFA Millətlər Liqasında final mərhələsinə start verilib. Matc.az Az xəbər verir ki, A liqasında qrup qaliblərinin qatıldığı "Dördlər finalı"nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparır.
 
Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya İspaniya ilə qarşılaşıb. Milanın "San-Siro" stadionunda keçirilən görüş ispanların qələbəsiylə başa çatıb.

Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda oyunlar keçiriləcək. Bütün matçlar İtaliyada gerçəkləşəcək.
 
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.
 
UEFA Millətlər Liqası, final mərhələsi
Yarıminal
 
İtaliya - İspaniya 1:2
Qol: L.Pelleqrini, 83 - F.Torres, 17; 45+1.
Qırmızı vərəqə: L.Bonuççi, 42.
Hakimlər: Sergey Karasyov, İqor Demeşko, Maksim Qavrilin (Rusiya)
Milan. "San-Siro" stadionu.
 
İtaliya: Canluici Donnarumma, Emerson, Leonardo Bonuççi (k), Alessandro Bastoni, Covanni Di Lorentso, Marko Verratti, Jorjinyo, Nikolo Barella, Federiko Bernardeski, Lorentso İnsinye, Federiko Kyeza.
Ehtiyat oyunçular: Salvatore Siriqu, Aleks Meret, Corcinyo Kyellini, Davide Kalabriya, Françesko Açerbi, Federiko Dimarko, Manuel Lokatelli, Brayan Kristante, Lorentso Pelleqrini, Domeniko Berardi, Cakomo Raspadori, Moyze Kin.
Baş məşqçi: Roberto Mançini.
İspaniya: Unay Simon, Sesar Aspilikueta, Pau Torres, Emerik Lyaport, Markos Alonso, Serxio Buskets (k), Koke, Qavi, Ferran Torres, Mikel Oyarzabal, Pablo Sarabiya.
Ehtiyat oyunçular: David De Xea, Robert Sançes, İnyiqo Martines, Erik Qarsiya, Serxi Roberto, Pedro Porro, Serxi Regilon, Rodri, Mikel Merino, Pablo Fornals, Brian Xil, Eremi Pino.
Baş məşqçi: Luis Enrike.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest